AZ

Fələstin səfiri: “Türkiyəyə ehtiyacımız yoxdur”

Yazını böyüt
Yazını kiçilt

Fələstinin Yunan Kiprindəki səfiri Abdullah Attari BMT Baş Assambleyası sədrliyinə yunan Kiprinin və Fələstinin namizədliyi haqqında danışaraq, "Fələstinlilərin nə Türkiyəyə, nə də başqasına ehtiyacı yoxdur, onlar yetim deyillər" deyib.

Hafta.az-ın yazdığına görə, “Politis” qəzetinə danışan Attari, namizədliyin Yunan Kipri ilə Fələstin arasında “diplomatik münaqişəyə” səbəb ola biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. O, Türkiyənin Fələstindən alət kimi istifadə etmə ehtimalını da rədd edib.

Fələstinlə Yunan Kipri arasındakı əlaqələrin iki güclü sütun üzərində qurulduğunu bildirən Attari, "Fələstin Türkiyə və İsrail kimi üçüncü ölkələrin maraqlarını nəzərə almaqdan uzaqdır. Bizi heç kim aldada bilməz. Biz yetim deyilik. Bizim müqəddəs bir məsələmiz var və biz bunu ancaq Birləşmiş Millətlər Təşkilatı və onun qurumları vasitəsilə davam etdiririk" deyib.

Fələstin səfiri həmçinin qeyd edib ki, mövcud ola biləcək yeganə qarşılıqlı əlaqə İsrailin Cənubi Kiprə, Türkiyənin isə Fələstinə dəstək olmasıdır.

Seçilən
34
hafta.az

1Mənbələr