“Vulverhempton”un və Portuqaliya millisinin sağ cinah müdafiəçisi Nelson Semedo “Fənərbağça”ya keçib.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano yazıb.
Onun sözlərinə görə, portuqaliyalı oyunçunun olduğu təyyarə artıq İstanbula üz tutub. PSJ-yə məxsus Milan Şkrinyarın transferində olduğu kimi, bu transferdə də “Fənərbağça”nın idman direktoru Devin Özekin payı böyükdür.