AZ

Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Tahir Bahadurovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Redaktor.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2019-cu illərdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Tahir Bahadurov 2006- və 2008-ci il təvəllüdlü qızlarına qarşı köməksiz vəziyyətindən istifadə etməklə dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum edilib. 

 

Seçilən
26
5
redaktor.az

6Mənbələr