AZ

Tramp: Kanadanın Fələstin qərarı ticarəti çətinləşdirir

ABŞ prezidenti Donald Tramp Kanadanın Fələstini tanıyacağını açıqlamasını ticarət razılaşmalarına maneə kimi qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, prezident bu barədə "Truth"da paylaşım edib.

Belə ki, o, bu qərarın iki ölkə arasında razılaşma əldə olunmasını çox çətinləşdirəcəyini bildirib.

Qeyd edək ki, Kanadanın baş naziri Mark Karni sentyabrda BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaqlarını elan edib.

Tramp buna cavab olaraq Kanada mallarına 35 faizlik rüsum tətbiq edildiyini açıqlayıb.

Kanada isə ABŞ-la münasibətləri yumşaltmaq üçün rəqəmsal xidmətlər vergisini ləğv etməyə hazır olduğunu bildirib.

Seçilən
17
bakivaxti.az

1Mənbələr