Türkiyənin “Tercüman” nəşri Fransa Prezidenti Emmanuel Makronun Fələstin barədə dediklərinə dair nin analitik material dərc edib. Nəşrin yazısında qeyd edilir ki, Parisin Fələstin Dövlətini tezliklə tanıyacağı ilə bağlı bəyanatları fələstinlilərə dəstək məqsədi daşımır əksinə, beynəlxalq gündəmdə parçalanmanın müşahidə olunduğu müasir Avropada Fransanın mövqeyini gücləndirməyə yönəlib. Prezident Emmanuel Makron Qərbdəki fələstinpərəst əhvali-ruhiyyədən istifadə etməyə və bu yolla qitədə liderlik uğrunda yarışda Almaniya və Böyük Britaniyadan irəli çıxmağa çalışır.
“Makronun hesablaması belədir ki, Berlin və London ictimaiyyətin təzyiqi nəticəsində Parisin ardınca gedərək Fələstin Dövlətini tanımağa qərar versə, “Fransa artıq beynəlxalq arenada öz “rəqiblərindən” xeyli irəlidə olacaq”, - deyə nəşr yazır.
Mətləb Salahov