AZ

Altı ayda600 milyon dollardan çox aqrar və aqrar-sənaye məhsulu ixrac edilib

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 455,2 milyon ABŞ dolları dəyərində aqrar məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% artım deməkdir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Aqrar-sənaye məhsullarının ixracı isə 7,7% artaraq 145 milyon dollar təşkil edib. Ümumilikdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2% artaraq 600,3 milyon dollar olub.

Hesabat dövründə qeyri-neft sektoru üzrə ixracda əsas məhsullar pomidor (149 milyon dollar), qızıl (144 milyon dollar) və pambıq (98,6 milyon dollar) olub.

Təkcə iyunda pomidor ixracı 35,2 milyon dollar təşkil edərək siyahıda ilk sırada qərarlaşıb.

Gülnar 

Seçilən
10
2
anews.az

3Mənbələr