AZ

2025-ci ilin altı ayında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib

Azərbaycan 2025-ci ilin yanvar-iyun aylarında əsas ticarət tərəfdaşlarına 1,275 milyard ABŞ dolları dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Altı ay ərzində Rusiya Federasiyasına 586 milyon ABŞ dolları, Türkiyəyə 287,2 milyon dollar, Gürcüstana 154,8 milyon dollar, İsveçrəyə 151,5 milyon dollar və Ukraynaya 95,8 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Təkcə iyunda bu ölkələrə ümumilikdə 251,2 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulu ixrac edilib. Ən çox ixrac Rusiya (143,1 milyon dollar) və Türkiyəyə (35,9 milyon dollar) yönəlib.

İlin ilk yarısında qeyri-dövlət ixracatçıları arasında ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani", "Baku Steel Company" QSC və "Export Stream" MMC kimi şirkətlər yer alıb.

Dövlətə məxsus ixracatçılar arasında liderlik Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə məxsusdur. Siyahıda həmçinin “SOCAR Polymer”, “AzerGold”, “Azəralüminium” və “Azərbaycan Dəmir Yolları” kimi şirkətlər də təmsil olunub.

Gülnar 

Seçilən
74
2
anews.az

10Mənbələr