AZ

Milli komandamızın 9 cüdoçusu Avropa Kubokunda

Azərbaycan cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Yığmaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Əbil Yusubov (73 kq), Süleyman Şükürov (81 kq), Tuncay Şamil, Aslan Kotsoyev (hər ikisi 90 kq) və Ramazan Əhmədov (+100 kq) məşqçilərin etimadını doğrultmağa çalışacaqlar.

Qeyd edək ki, avqustun 2-dən 3-dək davam edəcək turnirdə 26 ölkədən 241 idmançı mübarizə aparacaq.

Bakı Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürüb

Cüdo üzrə millimiz EYOF-un çempionu olub - FOTO

Millimiz Almaniyada keçirilən beynəlxalq yarışı bir medalla başa vurub

Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib

Seçilən
35
3
apasport.az

6Mənbələr