Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 211,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk yarım ili ilə müqayisədə 25,7 milyon ABŞ dolları və ya 13,8 % çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.