AZ

Bu halda bütün növ işlər dayandırılmalıdır

“41 dərəcədən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir”​.

Xəzərnews.az xəbər verir ki, bu, Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaydığı məlumatda bildirilib.

“Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir”, - məlumatda qeyd olunub.



Xəbər 16 dəfə oxunub.
Seçilən
15
11
xezernews.az

10Mənbələr