İran hələ də uranı zənginləşdirmək imkanlarına malikdir.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkəsi İranın ali rəhbəri ayətullah seyid Əli Xaməneinin kütləvi qırğın silahlarının istənilən növünə sahib olmağı qadağan edən fətvasına riayət etməyə davam edir.
Nazir "danışıqlara gedən yol dardır" deyərək müharibədən sonra diplomatiyanın bərpası üçün şərtlərdən danışıb: “ABŞ danışıqların ortasında bizə hücum etməsinin səbəbinin izah etməli, bunun yenidən təkrarlanmayacağına zəmanət verməlidir”.
Nazir onu da vurğulayıb ki, ABŞ hücumlar zamanı İrana vurulan ziyanı kompensasiya etməlidir.