AZ

Azərbaycan klublarından Avropada 150-ci qələbə

Bakı. Trend:

Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yəçatıb.

Trend xəbərverir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, yubiley qalibiyyəti Çempionlar Liqasının IItəsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən“Qarabağ” - “Şelburn” oyununa təsadüf edib.

Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib.150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.

Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəlUEFA kuboku) 82, Konfrans Liqasında 21, İntertoto kubokunda 9 dəfəazarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdəəldə olunub.

Qeyd edilib ki, komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda2:1 hesabı ilə məğlub edib.

Seçilən
54
19
az.trend.az

10Mənbələr