Bakı. Trend:
Avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitiningünəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubətisə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli azyağış yağacağı, şimşək çaxacağı, gecə və səhər arabir duman olacağıehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəziyerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33°isti olacaq.