AZ

Myanmada dörd ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib

Myanmada 2021-ci ildən qüvvədə olan fövqəladə vəziyyət rejimi ləğv edilib...

Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bu addımın bu ilin dekabrında ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədi daşıdığı vurğulanır.

Xatırladaq ki, 2021-ci il fevralın 1-də Myanmada ordu konstitusiyanın zəmanətçisi olduğunu əsas tutaraq mülki hökuməti devirib. Bu hadisədən sonra vətəndaş müharibəsi başlayıb. Hüquq müdafiəçiləri bu qarşıdurmada altı mindən çox insanın həyatını itirdiyini, təxminən iki milyon sakinin məcburi köçkün vəziyyətinə düşdüyünü bildiriblər.

Poliqon.info

Seçilən
90
50
poliqon.info

10Mənbələr