AZ

Azərbaycanın pambıq mahlıcı ixracından gəlirləri 15%-dən çox azalıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 98,6 milyon ABŞdolları dəyərində pambıq mahlıcı ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayınaistinadən xəbər verir.

Məlumata görə, pambıq mahlıcının ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 18,2 milyon ABŞ dolları və ya 15,6% azalıb.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 116,8 milyonABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Seçilən
36
3
az.trend.az

5Mənbələr