AZ

Premyer Liqa klubundan ayrılan kapitan Qazaxıstanda

“Kəpəz”in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, belaruslu müdafiəçi karyerasını Qazaxıstanda - “Tobol” da davam etdirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2022-ci ildən Gəncə təmsilçisinin formasını geyinən 28 yaşlı futbolçu bu müddət ərzində 95 çempionat matçında 3 qolla yadda qalıb.

“Kəpəz” bu yay müqaviləsinin müddəti başa çatan futbolçuya yeni razılaşma təklif etməmişdi.

Seçilən
77
11
sportinfo.az

10Mənbələr