Bakı, 31 iyul, AZƏRTAC
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsinə başlanıldı.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, namizədlər iyulun 31-i saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Qeyd edək ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi avqustun 4-ü saat 11:00-dək davam edəcək.
Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Bu vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə linkə daxil olaraq tanış ola bilərsiniz.