AZ

"Qarabağ"ın sabiq hücumçusu "Turan Tovuz"a keçib

"Qarabağ"ın sabiq hücumçusu İbrahima Vadjinin karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, seneqallı hücumçu Premyer Liqa təmsilçisi "Turan Tovuz"a transfer olunub.

Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.

Seçilən
79
38
far.az

10Mənbələr