AZ

Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsəd Cəlal oğlu Əhmədov 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 1989-cu ildə Almaniyada tank qoşunlarında hərbi xidmətə başlayıb və 1992-ci ilin martında Milli Ordu sıralarına qatılıb. Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak edib və 1992-ci il iyulun 31-də Papravənd kəndi ətrafındakı döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanına əsasən Əsəd Cəlal oğlu Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

Seçilən
16
qht.az

1Mənbələr