AZ

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 2 gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (88 kq) İspaniyanın paytaxtı Madriddə təşkil olunan U-15 Avropa birinciliyində 2 gümüş medal qazanıb.

Bu barədə News24.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Son yarış günündə mübarizəyə qoşulan idmançı birdənqaldırma hərəkətində 122 kq nəticə göstərib. Daha sonra təkanlaqaldırma hərəkətində 147 kq çəkininin öhdəsindən gəlib. Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını qazanıb.

Qeyd edək ki, bu çəki dərəcəsində yarışmış digər təmsilçimiz Ayxan Məmmədov toplamda 218 kq (102+116) nəticə ilə Avropa birinciliyini 6-cı pillədə başa vurub.

Seçilən
84
13
news24.az

10Mənbələr