“Suriya hökuməti ilə SDQ terror təşkilatı (PKK-nın Suriya qanadı - red.) arasında martın 10-da əldə olunan razılaşmaya əsasən, terror təşkilatı ilin sonuna qədər Suriya ordusuna inteqrasiya edilməlidir”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.
“SDQ terror təşkilatının Suriya ordusuna inteqrasiyası ilə bağlı hadisələri yerdə diqqətlə izləyirik.
Türkiyə Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləməyə, Suriya hökumətinin terror təşkilatlarına qarşı mübarizə imkanlarını artırmaq üçün tələb etdiyi təlim, məsləhət və texniki dəstəyi davam etdirəcək”, - nazirlik rəsmisi bildirib.