AZ

"Çətin oyunun və az azarkeşimizin olacağını bilirik" - Ruan Renato

"Çətin oyunun və az azarkeşimizin olacağını bilirik. Amma qarşılaşmaya çox yaxşı hazırlaşmışıq, tam formadayıq".

"Football-plus.az" xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Ruan Renato Xorvatiyada "Hayduk"a qarşı keçirəcəkləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

31 yaşlı müdafiəçi vacib qarşılaşmada özü və komanda yoldaşlarının əllərindən gələni edəcəklərini bildirib:
"Komandamızın bir neçə əsas oyunçusu çıxış edə bilməyəcək. Amma inanıram ki, onların yerinə oynayacaq futbolçular bu boşluğu lazımınca dolduracaqlar".

Xatırladaq ki, bu gün Split şəhərindəki "Polyud" stadionunda keçiriləcək "Hayduk" - "Zirə" matçı Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.
Seçilən
9
1
football-plus.az

2Mənbələr