Olaylar.az xəbər verir ki, bu barədə ABC telekanalı şəhərin səhiyyə departamentinə istinadən xəbər verir.
Yoluxmanın ocağı Manhettenin şimalında yerləşən Harlem rayonudur.
"İyulun sonlarından bəri rayonda olmuş insanlarda qrip simptomları, o cümlədən, qızdırma, öskürək və ya tənəffüs çətinlikləri olduğu təqdirdə dərhal tibbi yardım üçün müraciət etmələri tövsiyə olunur", - deyə departament xəbərdarlıq edib.
Əsas risk qrupuna yaşı 50-dən çox olan insanlar, ələlxüsus da siqaret çəkən və xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən və ya immuniteti zəif olanlar daxildir.
Bu, Nyu-Yorkda baş verən ilk belə epidemiya deyil. Şəhərdə "legionerlər"in ən böyük yayılmalarından biri 2015-ci ildə qeydə alınmışdı. Həmin vaxt 138 nəfər yoluxmuş, onlardan 16-sı dünyasını dəyişmişdi.