Rusiyanın Kamçatka sahillərində baş verən 8.8 bal gücündə zəlzələ, son illərin ən güclülərindən biri olsa da, gözlənilən sunami dalğaları yaranmadı. Zəlzələdən sonra Rusiya və Yaponiyada 3-4 metrlik, Kaliforniyada isə təxminən 90 sm-lik dalğalar qeydə alınıb. Lakin bu, ciddi fəlakətə səbəb olmayıb.
Publika.az “Milliyət”əistinadlaxəbər verir ki, ABŞ-ın NOAA qurumundan alim Vasiliy Titovun sözlərinə görə, Havayda dalğalar bir qədər yüksək olsa da, insan itkisi qeydə alınmayıb.
Həmçinin, gün ərzində Çindən Yaponiyaya qədər bir çox bölgələrdə verilmiş sunami xəbərdarlıqları ləğv olunub.
Oregon Universitetindən geofizik Dieqo Melqar isə bildirib ki, bu zəlzələnin gücü böyük olsa da, 2004-cü ildə İndoneziyada (9.2 bal) və 2011-ci ildə Yaponiyada (9.1 bal) baş verən zəlzələlərlə müqayisədə daha zəif olub. Çünki 9 ballıq zəlzələ 8.8-likdən 3, 8.7-likdən isə 10 dəfə daha çox enerji yayır.
Melqar əlavə edib ki, zəlzələnin baş verdiyi ərazi dəniz dibini hərəkətə gətirsə də, bu, dağıdıcı sunami yaratmaq üçün yetərli olmayıb. Sunaminin gücü, yalnız zəlzələnin ölçüsünə deyil, dərinliyinə və enerji yayılma formasına da bağlıdır.