AZ

Daha bir alman avtomobil istehsalçısı mənfəətini itirdi

Alman avtomobil istehsalçısı BMW 2025-ci ilin birinci yarısında mənfəətinin dörddə birindən çoxunu itirib.

HİT.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

BMW-nin mənfəəti altı ayda 29% azalaraq 4 milyard avroya düşüb. Maraqlıdır ki, konsern artıq üçüncü ildir (ilin birinci yarısının nəticələrinə əsasən) mənfəət əldə edir. Şirkətin satışları 8% azalaraq 67,7 milyard avroya düşüb.

Bu gün alman avtomobil istehsalçıları böhran yaşayır: məsələn, "Audi"nin mənfəəti 1/3, "Mercedes-Benz"inki isə iki dəfədən çox azalıb.

Bundan əvvəl məlum olmuşdu ki, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Donald Trampın təşəbbüsü ilə tətbiq etdiyi ABŞ tariflərindən itkiləri 1,3 milyard avro təşkil edib.

“Əməliyyat nəticələrinin azalması, ilk növbədə, ABŞ-ın idxal rüsumlarının artması (1,3 milyard avro), "Audi", "Volkswagen" sərnişin avtomobilləri və "Cariad" avtomobillərinin restrukturizasiyası üçün ayrılan vəsaitlərin (0,7 milyard avro), həmçinin CO₂ emissiyalarının tənzimlənməsi ilə bağlı xərclərə görə yaranan yüksək xərclərlə bağlıdır”, deyə şirkətin açıqlamasında bildirilir.

Samir
 

Seçilən
14
14
hit.az

10Mənbələr