AZ

Zelenski antikorrupsiya qurumları ilə bağlı qanun imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun (KQMİP) müstəqilliyini bərpa edən qanun imzalayıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə Zelenski öz "Telegram" kanalında yayımladığı videomüraciətdə məlumat verib.

"Mən bütün parlamentarilərə mənim qanun layihəmin (indi artıq qanunun) qəbuluna görə təşəkkür etmək istəyirəm. Mən indicə sənədi imzaladım, mətn dərhal dərc olunacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, dövlətin ictimai rəyi dinləməsi çox vacibdir, məmurlar dərhal Ukraynanın tərəfdaşlarını bu qanunla bağlı məlumatlandıracaqlar.

Beləliklə, Zelenskinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə orqanlarının səlahiyyətlərindən məhrum edilməsi ilə bu səlahiyyətlərin bərpası arasında bir həftədən bir az çox vaxt keçib. İyulun 22-də Rada Cinayət Prosessual Məcəlləsinə dəyişikliklərlə bağlı qanun qəbul edib ki, bu qanuna görə, UMAB və KQİMP baş prokurorun qərarlarından asılı vəziyyətə düşürlər. Həmin gün axşam Zelenski sənədi imzalayıb. Bu qanunvericilik təşəbbüsünün qəbulundan sonra Ukraynanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilib, Ukraynanın Qərb tərəfdaşları isə Zelenski və onun ətrafını korrupsiyada ittiham etməyə başlayıblar. Bundan sonra Zelenski Radaya qanun layihəsi təqdim edib ki, qeyd edildiyi kimi, qanun və asayiş sisteminin möhkəmliyini təmin edəcək və korrupsiyaya qarşı mübarizə institutlarının müstəqilliyi üçün bütün normaları qoruyacaq.

İyulun 31-də bu sənəd, eyni zamanda, iki oxunuşda parlamentarilərin əksəriyyəti tərəfindən qəbul edilib və dərhal parlamentin spikeri tərəfindən imzalanıb.

Seçilən
70
18
moderator.az

10Mənbələr