Dünyaşöhrətli violonçel (çello) ifaçısı Stjepan Hauser Azərbaycanla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi sözləri Mədinə Gülgünə, musiqisi isə tanınmış bəstəkar Ələkbər Tağıyevə məxsus olan “Sən gəlməz oldun” musiqisini 8 milyondan çox izləyicisi olan instaqram hesabında paylaşıb.
Sözügedən video xeyli baxış toplayıb.