AZ

Xəqani Məmmədovun yeni iş yeri bəlli oldu

Azərbaycanlı məşqçi Xəqani Məmmədovun yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, "Neftçi İK" futbol akademiyasının koordinatoru təyin olunub. 

O, bu vəzifədə Məhərrəm Həsənovu əvəz edib.

"Qəbələ"də Elmar Baxşıyevin köməkçisi çalışmış Məmmədovun son iş yeri I Liqa təmsilçisi "Difai" olub.

Qeyd edək ki, sabiq hücumçu Xaqani Məmmədov 2007/08 mövsümündə 19 qolla Azərbaycan çempionatının bombardiri olub.

Mirağa

Seçilən
54
3
fanat.az

4Mənbələr