AZ

ABŞ İranın gəmiçilik şəbəkəsinə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İrana bağlı 100-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Yeni qərar çərçivəsində 15 gəmiçilik şirkəti, 52 gəmi, 12 şəxs və 53 qurum sanksiya siyahısına daxil edilib.Mətbuat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiyalar İran Ali Lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxaninin oğlu Məhəmməd Hüseyn Şəmxaninin idarə etdiyi gəmiçilik şəbəkəsinə yönəlib. Sözügedən şəbəkənin İran və Rusiyadan neft və neft məhsulları daşımaqla milyardlarla dollar gəlir əldə etdiyi bildirilib. ABŞ rəsmiləri bu addımı 2018-ci ildən bəri İrana qarşı həyata keçirilmiş ən geniş sanksiya paketi adlandırıblar.İran Xarici İşlər Nazirliyi sanksiyaları pisləyərək bunu “Amerikanın İran xalqına qarşı düşmən mövqeyi” kimi qiymətləndirib.

ABŞ tərəfi qeyd edib ki, tətbiq edilən məhdudiyyətlər İranın neft ixracatını əngəlləməyə yönəlib, lakin dünya enerji bazarına ciddi təsir göstərməsi gözlənilmir.

Seçilən
32
metbuat.az

1Mənbələr