AZ

Zelenski Trampın Rusiyaya qarşı sərt mövqeyini alqışladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları və atəşkəs tələblərini müsbət qiymətləndirib.Metbuat.az xatırladır ki, ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edəcəyini və ticarət əlaqələrini davam etdirən ölkələrə qarşı da cəzai tədbirlər görəcəyini bəyan edib. Tramp Rusiya prezidenti Vladimir Putinə 10-12 gün ərzində Ukraynada döyüş əməliyyatlarını dayandırmaq üçün vaxt verdiyini bildirib. Bu müddət, daha öncə elan edilmiş 50 günlük ultimatumun xeyli qısaldılması deməkdir. Prezident Zelenski bu bəyanatları alqışlayaraq bildirib:“Moskva müharibəni davam etdirmək istəyir. Amma əsas məsələ potensial və resurslardadır, müharibə üçün pul lazım olur. Məhz bu səbəbdən sanksiyalar olduqca faydalıdır”.

Zelenskinin fikrincə, hazırda Rusiyaya qarşı real və güclü addımlar atmaq üçün ən uyğun vaxtdır.

Seçilən
30
50
metbuat.az

10Mənbələr