ABŞ-ın keçmiş prezidenti Co Bayden təvazökar həyat sürür, dəbdəbədən qaçır və Ağ Evi tərk etdikdən sonra eksklüzivlikdən zövq almır.
Publika.az xəbər verir ki, bu barədə "Politico" öz mənbələrinə istinadla məlumat yayıb.
"O, keçmiş dövlət başçıları ilə tez-tez əlaqələndirilən dəbdəbə və imtiyazlardan istifadə etmədən kommersiya reysləri ilə uçur", - hesabatda deyilir.
Qeyd olunur ki, hazırda Baydenin tabeliyində cəmi bir-iki köməkçi və kiçik bir Məxfi Xidmət əməkdaşları qrupu var.
Nəşrin bildirdiyinə görə, keçmiş prezident hələ də ““Amtrak”la gedən Co” olaraq qalır, görə. Bu ifadə Baydenin ABŞ senatoru və vitse-prezidenti olduğu dövrlərə işarə edir. O, onilliklər ərzində Delaver ştatındakı evindən Vaşinqtona, "Amtrak" dəmir yolu şirkətinin qatarı ilə işə gedib-gəlirdi.