Ajans.az xəbər verir ki, saziş 2024-cü ilin dekabrında Moskvada imzalanıb və Rusiya hökuməti onu 2025-ci ilin iyulunda parlamentin aşağı palatasına təqdim edib. Sənəd universitetin yaradılması və fəaliyyətinin şərtləri haqqında 1997-ci il müqaviləsini əvəz edir və izahat qeydinə əsasən, universitetə aid hüquqi tənzimləmənin davamlılığını təmin edir. Əlavə olunmuş materiallarda o da qeyd olunur ki, sənəd Ermənistan-Rusiya Universitetinin pedaqoji, elmi, təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib. Saziş Rusiya Federasiyasının “Ermənistan və qlobal humanitar məkanda müsbət imici”ni gücləndirmək məqsədi daşıyır. Qeyd edək ki, Ermənistan-Rusiya Universiteti 1997-ci ildən İrəvanda fəaliyyət göstərir.
Müəssisə rus və erməni dillərində təhsil verir.