Bu gün yoxlama matçı çərçivəsində "Kəpəz" və "Sumqayıt" komandaları qarşılaşıblar.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda saat 18:00-da baş tutub. Bu görüşdə "Sumqayıt" 2:1 hesablı qələbə qazanıb. Hər iki qola ilk hissədə yeni transfer Rüstəm Əhmədzadə imza atıb.

Qeyd edək ki, Saşa İliçin "Sumqayıt"ı daha öncə yoxlama oyununda "Qəbələ"yə uduzub (0:1). Komandanın növbəti oyunları avqustun 3-də "Şamaxı"ya, avqustun 7-də yenidən "Qəbələ"yə qarşı olacaq.

"Kəpəz" isə "Qəbələ"yə (0:2), "Şamaxı"ya (1:6) məğlub olub.