Bakı. Trend:
Bu gün "Kəpəz" və "Sumqayıt" arasında yoxlama oyunukeçirilib.
Trend xəbərverir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər. Saat18:00-da başlayan matç "Sumqayıt"ın qələbəsi ilə başa çatıb -2:1.
"Sumqayıt"da yeni transfer Rüstəm Əhmədzadə dubl edib. "Kəpəz"dəisə Arzu Atakişiyev fərqlənib.
Qeyd edək ki, yay hazırlıq toplanışında daha əvvəl "Sumqayıt""İmişli" ilə 0:0 hesablı heç-heçə etmişdi. "Kəpəz" isə bunadək"Qəbələ" (0:2) və "Şamaxı"ya (1:6) uduzub.