AZ

“Kəpəz” “Sumqayıt”a da yoxlama oyununda uduzdu

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz” və “Sumqayıt” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş oyunda qapılara bütövlükdə 3 qol vurub.

“Sumqayıt” bu görüşdə 2:1 hesablı qələbəyə sevinib. Qalib komandanın heyətində Rüstəm Əhmədzadə dubla imza atıb. Gəncəlilərin təsəlli qolunu Arzu Atakişiyev vurub.

Xatırladaq ki, “Kəpəz” bundan əvvəl keçirdiyi sınaq matçlarında “Qəbələ”yə 0:2, “Şamaxı”ya 1:6 hesabı ilə məğlub olmuşdu. Gəncə klubu toplanış çərçivəsində daha iki görüş keçirməyi planlaşdırır.

“Sumqayıt” isə daha öncə “İmişli” ilə sülh bağlayıb (0:0), “Qəbələ”yə 0:1 hesabıyla uduzub. Sözügedən komandanı qarşıda daha iki sınaq matçı gözləyir.

Seçilən
3
1
arena.az

2Mənbələr