Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə keçmiş "Metallurq" İdman Kompleksinin həyətində qeydə alınıb. İlkin məlumata görə, tanışlar arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə 1985-ci il təvəllüdlü Mirkazım Abbasov və 1976-cı il təvəllüdlü Namiq Əliyev kəsici alətlərlə yetirilən xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparır.