AZ

"Beşiktaş" Fernandeşi Rusiya klubuna satdı

"Spartak Moskva" "Beşiktaş"dan portuqaliyalı yarımmüdafiəçi Jedson Fernandeşi transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Transferin maliyyə detalları da məlum olub. Məlumata görə, “Spartak”portuqaliyalı üçün “Beşiktaş”a 20 milyon avro əsas məbləğ, əlavə olaraq 5 milyon avro isə bonus şəklində ödəyəcək. “Beşiktaş”ın texniki direktoru Eduard Qraf Fernandeşin ümumi transfer dəyərinin 27 milyon avro olduğunu təsdiqləyib.

Yeni komandasında Fernandeş illik 3,5 milyon avro qazanacaq (bonuslar daxil olmaqla). Müqayisə üçün, “Beşiktaş”da onun illik maaşı təxminən 1,3 milyon avro idi.

Bu transfer “Spartak” tarixində ən bahalı futbolçu alışıdır. Əvvəlki rekord 2025-ci ilin fevralında Yunanıstanın AEK klubundan 27 yaşlı hücumçu Livay Qarsiyanın 18,7 milyon avroya transferi zamanı qeydə alınmışdı.

Qeyd edək ki, Jedsun Fernandeş daha əvvəl “Benfika”, “Tottenhem” və “Qalatasaray” kimi klublarda çıxış edib. O, Portuqaliya milli komandasının əsas heyətinə də dəvət alıb və 2 oyun keçirib.

Seçilən
25
14
90deqiqe.az

10Mənbələr