AZ

Konfrans Liqası: "Sabah" Moldova klubuna qalib gəlir YENİLƏNİB

Bakı, 31 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah”la Moldovanın "Petrokub" komandası arasında keçirilən cavab oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz “Bank Respublika Arena”da təşkil edilən görüşün ilk yarısından sonra 4:1 hesabı ilə qalib gəlir.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edir.

18:52

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah”la Moldovanın "Petrokub" komandası arasında keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Sabah": 92. Stas Pokatilov, 5. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akkim Zedadka, 13. İvan Lepinitsa, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 70. Cesse Sekidika, 13. Boyan Letiç, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)

Baş məşqçi: Valdas Dambrauskas

"Petrokub": 1. Silviu Smalenea, 90. İon Jardan (k), 23. Mihay Lupan, 66. İon Borş, 11. Serciu Platika, 44. Cessi Cou, 19. Nikolae Rotaru, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 13. Maksim Kojokaru, 15. Petru Popesku

Baş məşqçi: Şota Maxaradze

Qeyd edək ki, Moldovadakı ilk matçda “Sabah” rəqibini 2 cavabsız qolla məğlub edib.

Seçilən
35
9
azertag.az

10Mənbələr