AZ

“Sabah” rəqibini Masazırda “dəfn etdi” - Video - Yenilənib

Bu gün UEFA Avropa Konfrans Liqasının 2025/2026 mövsümünün II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz “Sabah” Masazırda yerləşən “Bank Respublika Arena”da Moldova təmsilçisi “Petrokub”u qəbul edir. 

İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan “bayquşlar” cavab matçına da üstün başlayıb. Belə ki, ilk hissədən sonra “Sabah” rəqibini 4:1 hesabı ilə məğlub edir.

***

Qarşılaşma “Sabah”ın 4:1 hesablı qələbəsi ilə başa çatdı. Hər iki oyunun nəticəsinə görə (6:1) rəqibini üstələyən təmsilçimiz növbəti mərhələyə adlayır.

İlk hissədə vurulan qolları təqdim edirik:

Seçilən
94
2
qafqazinfo.az

3Mənbələr