AZ

"Hayduk" - "Zirə" oyununda hesab açıldı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Zirə” Xorvatiyada “Hayduk”un qonağıdır.  Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı serbiyalı hakimlər idarə edir.

Komandalar arasında Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

“Zirə” bu görüşə iki ciddi itki ilə çıxacaq. Ruandalı məkəz müdafiəçsi Anje Mutsinzi sənəd problemi səbəbindən viza ala bilmədiyinə görə Xorvatiyaya aparılmayıb. Bakıdakı görüşdə “Zirə”nin yeganə qolunu vuran və zədələnən fransalı yarımmüdafiəçi Brahim Konate də səfər matçında komanda ilə birlikdə olmayacaq.

Qeyd edək ki, cütün qalibi "Atletik Klub d’Escaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütündə üstün olan tərəflə qarşılaşacaq.

 

31 iyul

UEFA Konfrans Liqası, 2-ci mərhələnin cavab oyunu

23:00. “Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan) - 1:0 (Birinci hissə)
Baş hakim
Danilo Nikoliç (Serbiya)
Split. "Polyud" stadionu
İlk oyun – 1:1

 

Seçilən
49
8
teleqraf.com

10Mənbələr