ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni avqustun 8-dək dayandırmaq istəyir.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" ABŞ-nin BMT Təhlükəsizlik Şurasına verdiyi bəyanata istinadən məlumat yayıb.
“ABŞ BMT Təhlükəsizlik Şurasına deyib: Tramp açıq şəkildə bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün avqustun 8-dək saziş bağlanmalıdır”, - deyə agentliyin məlumatında bildirilir.