Şəkidə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb.
Viral.az APA-ya istinadla xəbər verir ki, iyulun 30-u günorta saatlarından başlayaraq rayonun Cumakənd kəndinin inzibati ərazisinin dağlıq hissəsində kol-kos, quru ot və biçilmiş taxıl sahələrindəki yanğın bu gün günorta saatlarında tam söndürülüb.
Yanğın nəticəsində 800 hektar sahədə kol-kos, quru ot və xırda ağaclar, 60 hektar sahədə isə biçilmiş taxıl sahəsi yanıb.
Son Yazılar:
- Şəkidə ötən gün başlayan yanğın söndürüldü
- Yevlaxda ailə faciəsi – qızı da aclıqdan ölüb
- ata və qızının meyiti tapıldı
Yanğın zamanı xəsarət alan olmayıb.