AZ

“Qarabağ” üçün 4 slovak

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"ya qarşı keçirəcəyi ilk oyun hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Şimali Makedoniyada baş tutacaq görüş Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi İvan Kruzliaka yan xətt hakimləri kimi Branislav Hançko və Yan Pozor kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR Mixal Oçenaşa, AVAR isə Boris Marhefkaya həvalə olunub

Matç avqustun 5-də “Todor Proeski” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Seçilən
88
49
sportinfo.az

10Mənbələr