AZ

“Araz-Naxçıvan” debüt mövsümündə tarix yazdı

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda Yunanıstanın “Aris” kollektivinin qonağı olub.

Saloniki şəhərində yerləşən “Kleantis Vikelidis” stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə yekunlaşıb. Naxçıvan klubunun heyətində 11-ci dəqiqədə Çarls Boli hesabı açıb, 38-ci dəqiqədə isə Felipe Santos penaltidən fərqlənib. “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə alıb. Bir həftə əvvəl evdə keçirdiyi ilk matçda 2:1 hesablı qələbə qazanan təmsilçimiz avrokuboklardakı debüt mövsümündə III təsnifat mərhələsinə yüksəlib.

“Araz-Naxçıvan”ın növbəti raunddakı rəqibi “Omoniya” (Kipr) olacaq. III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə ayın 14-də baş tutacaq. “Araz-Naxçıvan” birinci matçını evdə keçirəcək.

Seçilən
28
4
msport.az

10Mənbələr