“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində bu gün cavab matçını keçirib.
Operativ Media xəbər verir ki, Naxçıvan təmsilçisi səfərdə Yunanıstanın “Aris” komandası ilə görüşüb.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk oyunda 2:1 hesablı qələbəyə sevinmişdi. Cavab matçında məhsuldar heç-heçə qeydə alınıb. Bu nəticə Azərbaycan təmsilçisini növbəti mərhələyə daşıyıb.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) matçının qalibi ilə üz-üzə gələcəkdi. Sözügedən cütün qalibi də “Omoniya” olub. Bir sözlə, Naxçıvan klubu 3-cü raundda Kipr təmsilçisi ilə qarşılaşacaq.