AZ

“Beşiktaş” mübarizəni dayandırdı

UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Modern.az xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə Arda Turanın başçılıq etdiyi Ukrayna “Şaxtyor”u ilə üz-üzə gəlib.

 

Polşanın Krakov şəhərində keçirilən görüş Donetsk klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandalar arasında ilk matçda “Şaxtyor” 4:2 hesabı ilə qalib gəlmişdi. Bununla da ukraynalılar növbəti mərhələyə vəsiqə qazanıblar. "Beşiktaş" isə yoluna Konfrans Liqasında davam edəcək.

Seçilən
58
9
modern.az

10Mənbələr