Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, mərhələnin cavab görüşləri çərçivəsində 8 matç baş tutub.
Cütlərin yarısının ilk duellərində heç-heçə qeydə alınması bugünkü oyunların prinsipiallığına dəlalət edir.
Arda Turanlı "Şaxtyor Donetsk" Türkiyədə məğlub etdiyi "Beşiktaş"la Polşada keçirdiyi cavab görüşündə də qələbə qazanmağı bacarıb. .
UEFA Avropa Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
31 iyul
20:30. AEK (Kipr) - Sele (Sloveniya)
İlk oyun - 1:1. ikinci oyun 2:1
21:00. Haken (İsveç) - Anderlext (Belçika)
İlk oyun - 0:1. ikinci oyun 2:1 (penaltilər seriyası) 4:2
21:30. ÇFR Kluj (Rumıniya) - Luqano (İsveçrə)
İlk oyun - 0:0. ikinci oyun 0:0 (uzatmalar) 1:0
22:00. Şaxtyor Donetsk (Ukrayna) - Beşiktaş (Türkiyə)
İlk oyun - 4:2. ikinci oyun 2:0
22:00. Utrext (Niderland) - Şerif (Moldova)
İlk oyun - 3:1. ikinci oyun 4:1
23:00. Braqa (Portuqaliya) - Levski (Bolqarıstan)
İlk oyun - 0:0. ikinci oyun 0:0 (uzatmalar) 1:0
23:00. Hibernian (Şotlandiya) - Midtyüllann (Danimarka)
İlk oyun - 1:1. ikinci oyun 0:0 (uzatmalar) 1:2
23:00. Legiya (Polşa) - Banik (Çexiya)
İlk oyun - 2:2. ikinci oyun 2:1