AZ

“Zirə” Konfrans Liqasında “Hayduk” səddini keçə bilmədi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Zirə” bu turnirin 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Xorvatiyanın “Hayduk” komandasının qonağı olub.

Bu komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1. Bu üzdən hər şeyə Split şəhərindəki görüşdə aydınlıq gələcəkdi.

İtalyan hakimlərin idarə etdiyi bu görüşdə də əsas vaxt 1:1 hesabıyla yekunlaşıb. “Zirə” azlıqda mübarizə aparsa da, bərabərlik qolunu vurmağı bacarıb. Amma əlavə vaxtda daha bir qol buraxmış Azərbaycan təmsilçisi Avropa Konfrans Liqası ilə erkən vidalaşıb.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
31 iyul

Hayduk – Zirə 2:1
Qollar: Filip Krovinoviç, 19. Yassin Benrabu, 95 – İssa Cibrilla, 90+3.
Qırmızı vərəqə: Rikardo Quima, 77 (ikinci sarı).
Baş hakim: Luka Payretto (İtaliya).
Split. “Polyud” stadionu.

Hayduk: 1. İvitsa İvuşiç, 4. Adrion Payaziti, 7. Antoni Kalik, 10. Marko Livaya (k), 22. Branimir Mlaçiç, 23. Filip Krovinoviç, 28. Roko Braykoviç, 29. Fran Karaçiç, 31. Zvonimir Şarliya, 32. Şimun Hrqoviç, 37. Noa Skoko.
Ehtiyat oyunçular: 13. İvan Luçiç, 33. Toni Siliç, 5. İsmael Diallo, 6. Mihael Japer, 8. Niko Siqur, 11. Mişel Şeqo, 17. Dario Melnyak, 21. Rokas Pukştas, 24. Bamba Sanyanq, 34. Bruno Durdov, 38. Luka Hodak, 45. Yassin Benrabu.
Baş məşqçi: Qonsalo Qarsiya.

Zirə: 97. Tyaqo Silva, 4. Ruan Renato, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrilla, 26. Stefan Akka, 30. Rikardo Quima, 32. Qismət Alıyev (k), 97. Abdul Aziz Batibye.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 9. David Volkov, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.

Seçilən
20
21
arena.az

10Mənbələr