Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, cavab oyunları çərçivəsində 3 təmsilçimiz bu gün meydana çıxıb.. İlk olaraq "Sabah" "Petrokub"u qəbul edib və 4:1 hesablı qələbəyə sevinib. "Bayquşlar" səfərdə rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. Növbəti raundda rəqib "Levski" olacaq.

"Araz-Naxçıvan" və "Zirə" isə səfərə yollanıb. Naxçıvan təmsilçisi ilk görüşdə 2:1 hesabı ilə məğlub etdiyi "Aris"lə heç-heçə edərək (2:2) adını III təsnifat mərhələsinə yazdırıb. Bu mərhələdə Elmar Baxşıyevin komandası "Omoniya" ilə qarşılaşacaq.

"Zirə" isə Splitdə "Hayduk"la üz-üzə gəlib (ilk oyun - 1:1). Oyunun əsas vaxtı 1:1, əlavə vaxtı isə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. "Hayduk"un növbəti rəqibi "Dinamo Siti" olacaq, "Zirə" isə mübarizəni erkən dayandırıb.

Konfrans Liqası

II təsnifat mərhələsi

31 iyul

20:00. “Sabah”(Azərbaycan) - “Petrokub” (Moldova) 4:1

Baş hakim Danilo Nikoliç (Serbiya)

İlk oyun - 2:0

Masazır. "Bank Respublika Arena"

22:15. “Aris” (Yunanıstan) - “Araz Naxçıvan” (Azərbaycan) 2:2

Baş hakim: David Dikinson (Şotlandiya)

İlk oyun – 1:2

Saloniki. "Kleantis Vikelidis" stadionu

23:00. “Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan) Əsas vaxt - 1:1; Əlavə vaxt: - 2:1

Baş hakim Danilo Nikoliç (Serbiya)

Split. "Polyud" stadionu

İlk oyun – 1:1