AZ

"Zirə" Konfrans Liqasında mübarizəni dayandırdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşan “Zirə” məğlub olaraq mübarizəni dayandırıb. Metbuat.az xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.Hesabı "Hayduk" açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində adını tabloya yazdıran İssa Cibrilla hesabı bərabərləşdirib - 1:1.Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki hissə oynanılıb."Hayduk"un heyətində 93-cü dəqiqədə Yassin Benrahu komandasının qələbə qolunu vurub.

Xatırladaq ki, Bakıdakı 8-ci kilometr stadionunda keçirilən ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

Seçilən
66
3
metbuat.az

10Mənbələr